Depaydan yeni rekord
Milli komandalar

Depaydan yeni rekord

  • 2021-10-12

Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb.

"Opta"ya istinadən, o, buna DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri matçda dubl edərək nail olub. 27 yaşlı oyunçu təqvim ilində yığmada 13 və 14-cü qollarına imza atıb. Bununla da,  Depay Niderland millisində bir ildə ən çox qol vuran futbolçu olub. 

Bundan əvvəlki rekord Patrik Klyuvertə (12 qol) məxsus idi.