Messidən yeni rekord
- 2021-10-12
Argentina millisnin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla matçda (3:0) daha bir rekord qırıb.
Xarici KİV-lərə istinadən, oyunun 38-ci dəqiqəsində hesabı açan 34 yaşlı hücumçu millidə 80-ci qolunu vurub. Bununla da, o, Cənubi Amerika futbolçuları arasında yığmada 80 qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, Messi Cənubi amerikalı bombardirlər siyahısında braziliyalı Pele (77 qol) və Neymarı (69), həmçinin uruqvaylı Luis Suaresi (64) qabaqlayır.