Millimiz Serbiyaya qarşı
Milli komandalar

Millimiz Serbiyaya qarşı

  • 2021-10-12

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Canni de Byazinin rəhbərlik etdiyi yığmamız A qrupunun 8-ci turunda Serbiyanın qonağı olacaq. Aktivində cəmi 1 xal olan millimizi qrupun favoritlərindən olan rəqiblə çətin səfər sınağı gözləyir.

Qeyd edək ki, A qrupunun digər matçında Portuqaliya Lüksemburqu qəbul edəcək.

12 oktyabr

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

22:45. Serbiya – Azərbaycan
Baş haki
m: Erik Lambrexts (Belçika)
Belqrad, "Rayko Mitiç" stadionu

22:45. Portuqaliya - Lüksemburq