Deşam futbolçuları ilə fəxr edir
- 2021-10-11
Fransa millisinin baş məşqçisi Didye Deşam Millətlər Liqasının finalında İspaniyaya qalib gəldikləri oyunu (2:1) şərh edib .
O, oyunçuları ilə qürur duyduğunu deyib: "Çox xoşbəxtəm. Həm yarımfinalda, həm də finalda hesabda geridə idik.
Finalda qol buraxdıqdan sonra qələbə qazana bildik. Komandada olan istedaddan əlavə, hələ də kifayət qədər xarakterə sahibik. Futbolçularla fəxr edirəm. Onlar döyüşçülərdir və mənim haqqımda da bunu demək olar. Çempion olmaq üçün əlimizdən gələni etdik. Bəli, bir anlıq oynamağı dayandırdıq, ancaq İspaniyaya qarşı bunu edə bilməzsən".