Millidən göz yaşları ilə ayrıldı
- 2021-10-11
DÇ-2022-nin seçmə mərhələsində San Marino ilə oyun Polşa millisinin qapışısı Lukaş Fabianski üçün yığmada sonuncu olub.
36 yaşlı qapıçı Polşa millisinin heyətində vida matçını keçirib. Start heyətdə meydana çıxan qolkiper 67-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Polşanın 5:0-lıq qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hazırda İngiltərənin "Vest Hem" klubunda çıxış edən Fabianski Polşa yığmasında 57 oyun keçirib. O, ölkəsində "Lex" və "Legiya", həmçinin İngiltərədə "Arsenal" və "Suonsi Siti"də də oynayıb.