Qrizmann "100-lər klubu"nda
- 2021-10-11
Antuan Qrizmann Fransa millisindəki oyun sayını 100-ə çatdırıb.
"Atletiko"nun hücumçusunun yubileyi Millətlər Liqasının finalında İspaniya ilə matçda qeydə alınıb.
Benzemadan əvvəl "100-lər klubu"na Lilian Türam (142), Uqo Lyoris (134), Tyerri Anri (123), Marsel Desayi (116), Olivye Jiru (110), Zinəddin Zidan (108), Patrik Vieyra (107) və hazırkı baş məşqçi Didye Deşam (103) daxil olmuşdu.
Xatırladaq ki, Milanda keçirilən final görüşündə İspaniya üzərində 2:1 hesablı qələbə qazanan fransızlar Millətlər Liqasının qalibi olub.