"Dördlər finalı"nın ən yaxşı oyunçusu
Milli komandalar

"Dördlər finalı"nın ən yaxşı oyunçusu

  • 2021-10-11

UEFA Millətlər Liqasının "Dördlər finalı"nın ən yaxşı futbolçusu müəyyənləşib.

Qurumun "Tvitter" səhifəsinə istinadən, yarımfinal və finalının nəticələrinə əsasən, İspaniya millisinin yarımmüdafiəçisi Serxi Buskets ən yaxşı oyunçu seçilib. 

Qeyd edək ki, 33 yaşlı yarımümdafiəçi yarımfinalda İtaliya (2:1) və finalda Fransa (1:2) ilə matçlarda sona kimi oynayıb və həlledici görüşdə qol ötürməsi verib.