Milli komandalar

Argentina Uruqvayı məğlub etdi - Video

  • 2021-10-11

Argentina millisi DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda Uruqvayı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Argentina - Uruqvay - 3:0

Qollar: Messi 38, Rodriqo De Paul 44, Martines 64

Qeyd edək ki, turnir cədvəlində Braziliya 28 xalla liderdir. Argentina 22 xalla ikinci, Ekvador və Uruqvay hərəyə 16 xalla 3-4-cü, Kolumbiya isə 15 xalla 5-cidir.