Neymar millidən gedəcəyi vaxtı açıqladı
- 2021-10-10
Braziliya millisinin hücumçusu Neymar yığmadakı karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
"PSJ"nin futbolçusu "goal.com"a müsahibəsində DÇ-2022-dən sonra millidəki karyerasını başa vuracağını deyib:
"Düşünürəm ki, 2022-ci il dünya çempionatı mənim üçün sonuncu olacaq. Futbola davam etmək üçün kifayət qədər gücüm olub -olmadığını bilmirəm. Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm. Ümidvaram ki, bizdə hər şey alınacaq".
Qeyd edək ki, Neymar Braziliya millisində 2010-cu ildən çıxış edir. O, 2016-cı ildə olimpiya çempionu, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub.