Oyunun ən yaxşısı Andrey Yarmolenko
Milli komandalar

Oyunun ən yaxşısı Andrey Yarmolenko

  • 2021-06-17

Avro-2020-nin C qrupunda bir qədər əvvəl başa çatan Ukrayna - Şimali Makedoniya matçının (2:1) ən yaxşı oyunçusu bəlli olub.

UEFA-nın rəsmi saytına əsasən, bu ada Ukrayna millisinin kapitanı Andrey Yarmolenko layiq görülüb.


31 yaşlı hücumçu komandasının ilk qolunu vurmaqla yanaşı, ikinci qolun ötürməsini də verib.