Donnarumma son 56 ilin ən gənc kapitanıdır
- 2021-10-10
İtaliya millisinin qapıçısı Canluici Donnarumma son 56 ildə komandanı meydana çıxaran ən gənc kapitan kimi tarixə düşüb.
O, buna Millətlər Liqasında 3-cü yer uğrunda mübarizədə Belçika ilə görüşdə nail olub. Nəticədə 22 yaş 7 ay 15 günlüyündə olan Donnarumma 1965-ci ildən etibarən yığmanın ən gənc kapitanı adını qazanıb.
Qeyd edək ki, matç İtaliyanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.