İtaliya Millətlər Liqasının 3-cüsü oldu
Milli komandalar

İtaliya Millətlər Liqasının 3-cüsü oldu

  • 2021-10-10

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub. 

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Final

22:45. İspaniya - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.