Hazard yığmanın düşərgəsindən ayrılıb
Milli komandalar

Hazard yığmanın düşərgəsindən ayrılıb

  • 2021-10-09

Belçika millisinin kapitanı Eden Hazard yığmanın düşərgəsindən ayrılıb.

Bu barədə Belçika Futbol Federasiyasının Tvitter səhifəsi məlumat yayıb.

Fransa ilə görüşdə zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-cü yer Uğrunda İtaliya ilə keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub. Buna görə də Hazard klubu "Real Madrid"in düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Belçika ilə İtaliya arasında 3-cülük uğrunda oyun sabah keçiriləcək.