Fransa geridönüş edərək finala yüksəldi
Milli komandalar

Fransa geridönüş edərək finala yüksəldi

  • 2021-10-08

Dünən UEFA Millətlər Liqasında final mərhələsində yarımfinal mərhələsinə yekun vurulub.

2-ci yarımfinal görüşündə Belçika Fransa ilə üz-üzə gəlib. 3:2 hesabı ilə qalib gələn Fransa finala yüksəlib. Komanda həlledici matçda İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. 

UEFA Millətlər Liqası, final mərhələsi

Yarıminal

7 oktyabr

22:45. Belçika - Fransa - 2:3

Qollar: Karrasko, 37 (1:0), Lukaku, 40 (2:0), Benzema, 62 (2:1), Mbappe, 69-pen (2:2), Hernandez, 90+1 (2:3)

Stadion: Turin - "Yuventus" stadionu