İspaniya finalda
- 2021-10-07
Dünən UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
A liqasında qrup qaliblərinin iştirak etdiyi "Dördlər finalı"nda İtaliya İspaniya ilə qarşılaşıb.
Yarımfinalın ilk oyunu Milandakı "San-Siro" stadionunda keçirilib. Görüş ispanların qələbəsi ilə başa çatıb - 2:1. Beləliklə, Luis Enrikenin komandası finala yüksəlib. İtaliyanın isə məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda son 37 oyunda uduzmamışdı.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında bu gün Belçika və Fransa yığmaları üz-üzə gələcək.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
6 oktyabr
22:45. İtaliya - İspaniya - 1:2
Qollar: Torres, 17 (0:1), 45+2 (0:2), Pelleqrini, 83 (1:2)
Qırmızı vərəqə: Leonardo Bonucci (İtaliya)
Milan, "San-Siro" stadionu