Braziliya millisində itki
- 2021-10-07
"Real"ın futbolçusu Kazemiro DÇ-2022-nin seçmə mərhələsində Braziliya millisinə kömək etməyəcək.
Braziliya Futbol Federasiyasının mətbuat xidmətinə, 29 yaşlı oyunçuya ağıl dişinin iltihabı diaqnozu qoyulub . Oyunçuya önümüzdəki qarşıdakı beş gündə oynamaması tövsiyə olunub.
Xatırladaq ki, Braziliya DÇ-2022-nin seçmə mərhələsində Venesuela (8 oktyabr), Kolumbiya (11 oktyabr) və Uruqvayla (15 oktyabr) qarşılaşacaq.