Millətlər Liqasında yarımfinal başlayır
Milli komandalar

Millətlər Liqasında yarımfinal başlayır

  • 2021-10-06

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.

A liqasında qrup qaliblərinin iştirak etdiyi "Dördlər finalı"nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.

Yarımfinalın ilk oyununda İtaliya İspaniya ilə qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında  oktyabrın 7-də Belçika və Fransa yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.

6 oktyabr

22:45. İtaliya - İspaniya
Milan, "San-Siro" stadionu