“Avro-2020”nin bombardirləri
Milli komandalar

“Avro-2020”nin bombardirləri

  • 2021-06-17

Avro-2020-nin dünənki matçları bombardirlər siyahında yeni lideri müəyyən edib.

Beş futbolçu – Çiro İmmobile (İtaliya), Patrik Şik (Çexiya), Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) və Manuel Lokatelli (İtaliya) hərəyə 2 qolla ilk 5 yeri bölüşdürür. Lakin UEFA İmmobilenin 1 qol ötürməsi də olduğuna görə onu hazırda lider kimi göstərir. Patrik Şik 2-ci, Kriştiano Ronaldo isə 3-cü yeri tutur.

 

Əlavə edək ki, Şik, Ronaldo və Lukaku italiyalı futbolçulardan fərqli olaraq, hələlik “Avro-2020”də 2 deyil, 1 oyun keçiriblər.

UEFA sıralamanı müəyyənləşdirərkən bütün matçlar zamanı futbolçuların vurduğu qollarla yanaşı, onların assistini, meydanda olduğu vaxtı və digər texniki göstəriciləri nəzərə alır.

Qeyd edək ki, siz bombardirlərin siyahısına buradan baxa bilərsiz.