İbrahimoviç növbəti dəfə milliyə çağırıldı
Milli komandalar

İbrahimoviç növbəti dəfə milliyə çağırıldı

  • 2021-09-28

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə İsveç millisinə çağırılıb.

İsveç Futbol Federasiyasının mətbuat xidmətinə istinadən, o, zədəli olmasına baxmayaraq, DÇ-2022-nin seçmə mərhələsində Kosovo (9 oktyabr) və Yunanıstanla (12 oktyabr) matçlar üçün yığmaya dəvət alıb.

Qeyd edək ki, 39 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Atletiko"ya qarşı bu gün keçiriləcək oyunu zədə səbəbindən buraxacaq.