Zədələnən Dibala milliyə çağırıldı
- 2021-09-28
"Yuventus"un futbolçusu Paulo Dibala zədəli olmasına baxmayaraq, Argentina millisinə çağırılıb.
Bu barədə Argentina Futbol Federasiyasının saytı məlumat yayıb. 27 yaşlı hücumçunun adı millinin oktyabr ayında DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
Xatırladaq ki, Dibala A seriyasının 6-cı turunda "Sampdoriya" ilə matçda (3:2) zədələnib və meydanı göz yaşları ilə tərk edib.
Qeyd edək ki, Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq.