24 ildən sonra - Türkiyə və Uels
Milli komandalar

24 ildən sonra - Türkiyə və Uels

  • 2021-06-15

Ay-ulduzlu Türkiyə millisi Avro-2020 A qrupunun ikinci oyunu çərçivəsində Bakı Olimpiya Stadionunda 24 il sonra Uels millisi ilə yenidən qarşılaşacaq

Türkiyə ilə Uels milliləri indiyə kimi 6 dəfə üz üzə gəliblər. Bu 6 oyunun hamısı rəsmi qarşılıaşma olub və bu qarşılıaşmalardan Türkiyə millisi 2 qələbə, 1 bərabərlik və 3 məğlubiyyət yaşayıb.

Ay-ulduzlu komanda  Uels millisi ilə son olaraq 20 avqust 1997 ci ildə qarşılaşıb. Dünya çempionatının seçmə mərhələsində keçirilən bu oyun "Ali Sami Yen" stadionunda keçirilib və 10 qolun vurulduğu görüşü Türkiyə millisi 6-4 hesablı qələbə ilə başa vurub

Ümumiyyətlə  2-si Avopa çempionatının, 4-ü isə Dünya çempionatının seçmə mərhələsi zamanı keçirilmiş oyunlarda Türkiyə millisi 7 qol vurub və qapısından 10 top buraxıb.

Xatırladaq ki, Türkiyə ilə Uels milliləri arasında keçiriliəcək  Avro-2020 A qrupunun ikinci oyunu 16.06.2021 tarixində Bakı saatı ilə 20:00-da başlayacaq.