Milli komandalar

UEFA-dan qıcıqlandırıcı paylaşım - Video

  • 2021-09-09

UEFA DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan - Portuqaliya (0:3) oyunundan video-epizodu izləyicilərlə bölüşüb.

Matçın ilk hissəsinə aid videoda Portuqaliya yığmasının üzvü Joau Kanselunun bir neçə saniyə ərzində topu millimizin futbolçularından əvvəlcə Filip Ozobiçin, daha sonra Təmkin Xəlilzadənin ayaqlarının arasından keçirdiyi görünür.

Avropanın ali futbol qurumu videonu "Günün ən baxımlı driblinqi" və "Not one, but TWO nutmegs" qoşmaları ilə şərh edib.