Pandevdən tarixi qol
Milli komandalar

Pandevdən tarixi qol

  • 2021-06-13

Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev Avro-2020-nin C qrupunda hazırda Avstriya ilə keçirilən görüşdə tarixi qola imza atıb.

Makedoniyalılar tarixində ilk dəfə bu turnirə qatılırlar. Pandevin matçın 28-ci dəqiqəsində vurduğu bərabərlik qolu əlamətdar olub. Bu, Şimali Makedoniya millisinin Avropa çempionatının final mərhələsində ilk qolu kimi tarixə düşüb.


Bundan başqa, "Cenoa"nın forvardı turnirdə qol vuran ən yaşlı futbolçuların siyahısında 2-ci olub. 37 yaş 321 günlüyündə rəqib qapısına yol tapan hücumçu yalnız avstriyalı İvitsa Vastiçdən (38 yaş 257 gün) geri qalır.