Portuqaliya millisində məcburi dəyişiklik
- 2021-06-13
Portuqaliya millisinin heyətində məcburi dəyişiklik baş verib.
Portuqaliya Futbol Federasiyasının əsasən, yığmanın üzvü Joao Kanselo koronavirusa yoluxub. Ona görə də futbolçu millinin Avro-2020 üçün tərkibindən çıxarılıb. 27 yaşlı müdafiəçini Dieqo Dalot əvəzləyəcək.
Qeyd edək ki, Kanselo "Mançester Siti"nin oyunçusudur. Dalot isə "Milan"da çıxış edir.
Əlavə edək ki, F qrupunda yer alan Portuqaliya ilk matçını iyunun 15-də Macarıstana qarşı keçirəcək.