"Azərbaycan millisinə daha çox qol vura bilərdik"
- 2021-09-07
"Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı".
Bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.
Santuş bir gün əvvəl Canni de Byazinin "Santuş mənim sayəmdə Portuqaliya millisinə təyin olunub, mənə Porto şərabı hədiyyə etməlidir" fikrinə cavab verib: "Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var. Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram".
Santuş Portuqaliyada millimizə 1:0 hesabı ilə qalib gəldikləri matçla bugünkü görüşü müayisə edib: "Əsas fərq ondan ibarət idi ki, Azərbaycan orada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı".