Milli komandalar

Millimiz Portuqaliyaya uduzdu - Video

  • 2021-09-07

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci dövrə start götürüb.

Milli komandamız qrupun favoriti Portuqaliyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matç qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. 

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.


7 sentyabr

DÇ-2022-nin seçmə mərhələsi

6-cı tur

A qrupu

20:00. Azərbaycan - Portuqaliya - 0:3
Qol:
 Bernardo Silva, 26, Andre Silva, 31, Dieqo Jota, 75
Baş hakim: Marko Quida (İtaliya)
"Bakı Olimpiya Stadionu"