Millimiz Portuqaliyaya qarşı
Milli komandalar

Millimiz Portuqaliyaya qarşı

  • 2021-09-07

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci dövrə start götürəcək.

Milli komandamız qrupun favoriti Portuqaliyanı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. 

Əvvəlcədən də məlum olduğu kimi, Portuqaliya millisinin kapitanı və lideri Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyəcək. Yığmamızda da itkilər var. Kapitan Maksim Medvedev və hücumçu Rüstəm Əhmədzadə zədəli, Anton Krivotsyuk isə cəzalı durumda olduğundan bugünkü matçı buraxacaq. 

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

A qrupunun digər matçında isə Serbiya İrlandiyanın qonağı olacaq.


7 sentyabr

DÇ-2022-nin seçmə mərhələsi

6-cı tur

A qrupu

20:00. Azərbaycan - Portuqaliya
Baş hakim
: Marko Quida (İtaliya)
"Bakı Olimpiya Stadionu"

22:45.İrlandiya - Serbiya