Braziliya Argentina oyunu dayandırıldı
Milli komandalar

Braziliya Argentina oyunu dayandırıldı

  • 2021-09-05

"DÇ-2022" seçmə mərləhəsində Braziliya və Argentina milli komandaları üz-üzə gəlib.

Oyunun 6-cı dəqiqəsində oyun dayandırılıb. Buna səbəb Braziliya Səhiyyə Nazirliyinin əməkdaşlarının meydançaya daxil olması olub. İlkin məlumatlara görə oyundan əvvəl nazirlik əməkdaşları İngiltərədən gələn futbolçular Emiliano Martinez, Lo Celso, Romero ve Buendianın ölkədən çıxarılmasını istəsə də bu alınmayıb və sözügedən oyunçulardan Lo Celso Argentinada ilk 11-də meydana çıxıb. 

Qeyd edək ki, Braziliya Səhiyyə Nazirliyi rəsmiləri Argentina millisindən Emiliano Martinez, Lo Celso, Romero və Emilio Buendia'nın heyətdən çıxarılmasını tələb edir.