Millimiz qrupdakı ilk xalını qazandı
Milli komandalar

Millimiz qrupdakı ilk xalını qazandı

  • 2021-09-04

Bu gün Azərbaycan millisi DÇ-2022-nin  seçmə mərhələsində növbəti oyununa çıxıb.

Yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Yığmamız növbəti görüşünü sentyabrın 7-i Bakıda Portuqaliyaya qarşı keçirəcək.
 
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.