Danimarka - Finlandiya oyunu bərpa olunur
- 2021-06-12
Təxirə salınan Avro-2020-nin qrup mərhələsinin Danimarka - Finlandiya görüşü Bakı vaxtı ilə saat 22:30-da bərpa olunacaq.
Bu barədə Danimarka Futbol Federasiyası məlumat yayıb. Məlumatı UEFA da təsdiqləyib.
Görüş ilk hissəsinin son 4 dəqiqəsi oynanılacaq. Daha sonra 5 dəqiqəlik fasilə olacaq və ardınca 2-ci hissə oynanılacaq.
Qeyd edək ki, görüş Danimarka millisinin futbolçusu Kristian Eriksenin huşunu itirməsi səbəbindən təxirə salınmışdı.