Ronaldo millinin düşərgəsindən ayrıldı
- 2021-09-02
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın düşərgəsindən ayrılıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
DÇ-2022-nin seçmə mərhələsi İrlandiya ilə oyunda (2:1) sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Ronaldonun yığmanın düşərgəsində qalmasına ehtiyac duyulmadığı bildirilib. O, Mançester Yunaytedin düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.