Fransa millisi Jirunu da itirdi
- 2021-09-02
Fransa millisi daha bir futbolçusunu itirib.
Olivye Jiru koronavirusa yoluxub. Bu barədə hücumşunun çıxış etdiyi Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Jiru Fransa yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki növbəti iki matçını buraxacaq. Komanda sentyabrn 4-də Ukrayna, 7-də isə Finlandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Bavariyanın futbolçusu Korenten Tolisso da yığmadan kənar qalıb. O, zədə üzündən komandaya qoşulmayıb. PSJ-nin hücumçusu Kilian Mbappe də zədəlidir. Ancaq onun qarşıdakı görüşlərdə oynayıb-oynamayacağı məlum deyil.