Avro-2020-də oyun təxirə salındı
Milli komandalar

Avro-2020-də oyun təxirə salındı

  • 2021-06-12

Avro-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı təxirə salınıb.

Buna Danimarka millisinin futbolçusu Kristian Eriksenin 45-ci dəqiqədə huşunu itirməsi səbəb olub. Meydana təcili həkimlər daxil olub və ona ürək masajı ediblər. 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xərəkdə meydançadan çıxarılıb, ancaq onun durumu barədə məlumat verilməyib.

Yığmaların oyunçuları da meydanı tərk ediblər.

Daha sonra UEFA görüşün təxirə salındığı açıqlayıb.