Portuqaliyadan qələbə, Türkiyə və Fransadan xal itkisi
Milli komandalar

Portuqaliyadan qələbə, Türkiyə və Fransadan xal itkisi

  • 2021-09-02

Dünən DÇ-2022-nin seçmə mərhələsində 4-cü tura start verilib.

İlk oyun günündə 13 qarşılaşma keçirilib.

A qrupunda yer alan Azərbaycan millisi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzub. Qrupun digər matçında Portuqaliya evdə  İrlandiyanı eyni hesabla udub.

D qrupunda son dünya çempionu Fransa Bosniya və Herseqovinanı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında Qazaxıstan evdə Ukraynadan xal alıb - 2:2.

Qardaş Türkiyə millisi isə G qrupunda Monteneqronunu qəbul edib. "Ay-ulduzlular" matçın 90+7-ci dəqiqəsində buraxılan qolla qələbəni əldən veriblər - 2:2.


1 sentyabr

DÇ-2022, seçmə mərhələ

4-cü tur


A qrupu

22:45. Lüksemburq - Azərbaycan - 2:1
Qollar
: Mikael Pinto, 8. Jerson Rodrigeş, 28 (penalti) - Emin Mahmudov, 67

22:45. Portuqaliya - İrlandiya - 2:1
Qollar
: Kriştianu Ronaldu, 89. 90+6 - Con Eqan, 45 

D qrupu

18:00. Qazaxıstan - Ukrayna - 2:2
Qollar
: Ruslan Valiullin, 74. 90+6. - Roman Yaremçuk, 2. Danylo Sikan, 90+3

22:45. Fransa - Bosniya və Herseqovina - 1:1
Qollar:
 Antuan Qrizman, 40 - Edin Ceko, 36

F qrupu

22:45. Danimarka - Şotlandiya - 2:0
Qollar:
 Daniel Vass, 14. Yoakim Mehle, 15

22:45. Farer adaları - İsrail - 0:4
Qollar:
 Eran Zahavi, 12. 44. 90+2 Munas Dabbur, 52

22:45. Moldova - Avstriya - 0:2
Qollar
: Kristof Baumgartner, 45+1. Marko Arnautovic, 90+4.

G qrupu

22:45. Latviya - Cəbəllütariq - 3:1
Qollar
: Vladislavs Gutkovskis, 50. 85, Andrejs Ciganiks, 89 - Tjay De Barr, 71

22:45. Norveç - Niderland - 1:1
Qollar:
 Erlinq Holann, 20 - Davy Klaassen, 37

22:45. Türkiyə - Monteneqro - 2:2
Qollar:
 Cengiz Ünder, 9. Yusuf Yazıcı, 31. - Adam Marusic, 40. Risto Radunovic, 90+7

H qrupu

22:45. Rusiya - Xorvatiya - 0:0

22:45. Malta - Kipr - 3:0
Qollar
: Cain Attard, 44. 54 Joseph Mbong, 46

22:45. Sloveniya - Slovakiya - 1:1
Qollar
: Petar Stoyanoviç, 42 - Robert Bozenik, 32