Bu gün millimiz növbəti oyununa çıxır
- 2021-09-01
Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Canni de Byazinin baş məşqçisi olduğu komanda A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1 və Serbiyaya 1:2 hesabı ilə uduzub.
1 sentyabr
22:45. Lüksemburq – Azərbaycan
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)
Lüksemburq. "Stad Lüksemburq"