İlk oyununu buraxacaq
- 2021-06-12
Niderland millisinin futbolçusu Matteys De Liqt Avro-2020-nin qrup mərhələsinin ilk turunda Ukrayna ilə oyunu buraxacaq.
Bu barədə yığmanın baş məşqçisi Frank de Bur məlumat verib. O, zədədən bərpa olmağa davam edən müdafiəçinin ikinci oyuna kimi hazır olacağını bildirib.
Qeyd edək ki, sabah keçiriləcək Niderland - Ukrayna görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.