Cüneyt Çakıra FİFA-dan təyinat
- 2021-08-31
Türkiyəli referi Cüneyt Çakır FİFA-dan növbəti dəfə təyinat alıb.
O, DÇ-2022-nin seçmə mərhələsində Macarıstan - İngiltərə matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy olacaq.
Qeyd edək ki, sentyabrın 2-si Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək Macarıstan - İngiltərə oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.