Suares milliyə buraxılmadı
- 2021-08-30
"Atletiko"nun hücumçusu Luis Suares DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarında Uruqvay millisinə kömək etməyəcək.
Bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, "Villarreal"la matçda (2: 2) sol dizindən zədələnən futbolçunun durumu ciddi deyil. Ancaq Madrid təmsilçisi onun sağlamlığını riskə atmaq istəmir. "Atletiko" Uruqvay Futbol Federasiyasına Suaresi milli komandaya buraxmayacağını bildirib.
Qeyd edək ki, Uruqvay DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 10-u Ekvadorla qarşılaşacaq.