Lorenzo İnsinyenin oyun haqqında dedikləri
- 2021-06-12
İtaliya millisinin futbolçusu Lorenzo İnsinye Avro-2020-də ötən gün Türkiyə yığmasına qalib gəldikləri görüş (3:0) barədə danışıb.
"Rai Sport"a əsasən, 30 yaşlı hücumçu deyib:
"Həyəcanlı anlar idi. Çünki azarkeşlərimizin qarşısında oynayırdıq. İtaliya matça aşağı templə başladı, amma ikinci hissədə özümüzü bərpa edib, üç qol vurmağı bacardıq. Hakim türkiyəli müdafiəçinin əllə oyunu üçün penalti verməyəndə Mançini bizə sakit olmağımızı tapşırdı. Belə şeylərin baş verə biləcəyini söylədi və diqqətimizi oyuna yönəltməyə çağırdı. Bunu etdik və məqsədimizə çatdıq.
Hədəfimə gəlincə, həmişə komandanın yanında olmağa və rəqibə təhlükə yaratmağa çalışıram. Ancaq qələbə ən vacib şeydir. Qol vursam, bu, daha yaxşıdır. Biz bir il yarım boş tribunalar qarşısında oynadıq. Ona görə də azarkeşləri yenidən stadionda görmək əla oldu. Ümid edək ki, bu, sadəcə bir başlanğıcdır".