Belçika millisində  futbolçulara veriləcək mükafat
Milli komandalar

Belçika millisində futbolçulara veriləcək mükafat

  • 2021-06-11

Belçika millisi Avro-2020-nin qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafat müəyyənləşib.

Belçika mətbuatına əsasən yığma çempion olsa, heyətə daxil edilən hər futbolçuya 435 min avro ödəniləcək. Avro-2020-nin B qrupunda yer alan millinin oyunçuları 1/4 finala yüksəlsələr,  170 min avro, yarımfinala vəsiqə qazansalar, 290 min avro, finala çıxacaqları təqdirdə, 370 min avro mükafat alacaqlar.