Danimarkadakı oyunları 25 min azarkeş izləyəcək
- 2021-06-10
Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdən Danimarka azarkeşlərlə bağlı qərarda dəyişiklik edib.
Turnirin bu ölkədə keçiriləcək matçlarını 25 min azarkeş izləyə biləcək. Həmçinin insanlardan ictimai yerlərdə maska taxmaq tələb olunmayacaq.
Daha əvvəl isə Rusiyadan Danimarkaya gələn fanatların epidemeloji vəziyyətlə əlaqədar görüşlərdə iştirakına icazə verilməyəcəyi haqda qərar qəbul edilmişdi.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagendə Avro-2020-nin B qrupunun 3 oyunu və 1/8 final mərhələsinin 1 görüşü təşkil ediləcək. Bunların sırasında Danimarka – Rusiya görüşü də var (21 iyun).