Avropa çempionu bəlli oldu
Milli komandalar

Avropa çempionu bəlli oldu

  • 2021-06-07

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının qalibi məlum olub.

Final matçında Almaniya və Portuqaliya yığmaları üz-üzə gəliblər. Görüş Almaniya millisinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu 49-cu dəqiqədə Lukas Nmeça vurub.

Bununla da Almaniyanın U-21 yığması tarixində üçüncü dəfə Avropa çempionu olub.