Türkiyə millisi qələbə qazandı
- 2021-06-04
Türkiyə millisi Avro-2020-yə hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib.
Türkiyə millisi Moldova yığması ilə qarşılaş. Almaniyanın Paderborn şəhərində keçirilən görüş türklərin qələbəsi ilə başa çatıb - 2:0.
Qolları Burak Yılmaz (58) və Cengiz Ünder (77) vurub.
Qeyd edək ki, Şenol Günəşin komandası ilk yoldaşlıq görüşündə Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib, 2-ci oyunda Qvineya ilə qolsuz heç-heçə edib.
Xatırladaq ki, Türkiyə millisi iyunun 11-də başlayacaq Avropa çempionatının qrupunda Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək.