"Çelsi" yoldaşlıq oynundan qalib ayrıldı
İngiltərə premyer liqası

"Çelsi" yoldaşlıq oynundan qalib ayrıldı

  • 2021-08-01

Arsenal 1-2 Çelsi: Tomas Tuxelin göy formalıları yeni mövsüm qabağı Emireytsdə güclərini göstərdilər.

Hesabı 26-cı dəqiqədə alman futbolçu Kai Haverts açdı və Çelsi bu hesabla ikinci hissəyə yollandı. 69-cu dəqiqədə isveçrəli Qranit Caka hesabı bərabərləşdirərək Arsenalın ümidlərini artırsa da rəqibin cavabı çox gecikmədi. Hektor Bellerinin səhvindən istifadə edən Tammi Abraham oynun taleyini Çelsinin lehinə həll etdi.

Yoldaşlıq matçları çərçivəsində, çərşənbə günü Çelsi, bazar günü isə Arsenal Tottenhemlə qarşılaşacaq.