Premyer Liqaya yüksələn sonuncu klub
İngiltərə premyer liqası

Premyer Liqaya yüksələn sonuncu klub

  • 2021-05-29

Növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək sonuncu komandanın da adına aydınlıq gəlib.

Bu klub, "Brentford" olub. Komanda pley-off matçında "Suonsi Siti" üzərində 2:0 hesablı qələbə qazanıb. Bununla da komanda ölkənin əsas çempionatına vəsiqə əldə edib.


Qeyd edək ki, daha əvvəl "Norviç Siti" və "Uotford" Premyer Liqaya vəsiqə qazanıb.