Premyer Liqada vaksinasiya məcburi oldu
İngiltərə premyer liqası

Premyer Liqada vaksinasiya məcburi oldu

  • 2021-07-23

İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına qarşı vaksinasiya məcburi olacaq.

"La Repubblica"ya əsasən, bu barədə İngiltərə Futbol Assosiasiyası qərar verib. Futbolçular, məşqçilər və klub nümayəndələri oktyabrın 1-dək iki doza olmaqla vaksinasiyadan keçməlidir. Bu qaydaya əməl etməyənlər çempionat matçlarına buraxılmayacaqlar.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 13-də başlayacaq.