Tuhel və Konte ilə bağlı qərar verildi
- 2022-08-20
İngiltərə Futbol Assosiasiyası "Tottenhem" və "Çelsi"nin baş məşqçiləri - Antonio Konte və Tomas Tuhellə bağlı qərarı verib.
İngiltərə Premyer Liqasının 2-ci turunda sözügedən komandalar arasında 2:2 hesabı ilə başa çatan görüşün final fitindən sonra baş məşqçilər bir-birinin əlini sıxıblar. Tuhel həmkarının əlini buraxmayıb. Bu isə italyan məşqçinin xoşuna gəlməyib. O, bir neçə dəfə qışqıraraq "Nə istəyirsən" deyib. Tuhel isə həmkarına "Gözümün içinə bax" deyib.
İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş verənlərə görə T. Tuhel 35 min funt-sterlinq məbləğində cərimələnib və bir oyunluq cəzalandırılıb. Antonio Konte isə 15 min funt-sterlinq ödəməli olacaq.