Keyn Aqueronun rekordunu təkrarladı
- 2022-08-15
"Tottenhem"in futbolçusu Harri Keyn "Mançester Siti"nin sabiq oyunçusu Serxio Aqueronun rekordunu təkrarlayıb.
"Opta"ya istinadən, o, buna ötən gün Premyer Liqanın 2-ci turnda "Çelsi" ilə matçın (2:2) 90+6-cı dəqiqəsində fərqlənməklə nail olub. O, "Tottenhem"in heyətində yerli çempionatda 184-cü qolunu vurub. Nəticədə Keyn Premyer Liqada bir klubda ən çox qol vuran futbolçu rekordunu təkrarlayıb. Belə göstəriciyə ilk dəfə Serxio Aquero "Mançester Siti"nin heyətində çatıb.
Qeyd edək ki, Aqero 2011-2021-ci illərdə "şəhərlilər"də oynayıb. Keyn isə 2009-cu ildən "Tottenhem"in futbolçusudur.