"Mançester Yunayted" məğlubiyyətlə başladı
İngiltərə premyer liqası

"Mançester Yunayted" məğlubiyyətlə başladı

  • 2022-08-08

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında mövsümün ilk oyununa çıxıb.

"Qırmızı şeytanlar" evdə "Brayton"la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bir müddətdir "Mançester Yunayted"dən ayrılacağı haqda xəbərlər yayılan Kriştiano Ronaldo görüşün 53-cü dəqiqəsində meydana çıxıb.

"Mançester Yunayted" - "Brayton" - 1:2

Qollar: Qross, 30 (0:1), 39 (0:2), Allister, 68-avtoqol (1:2)