Ten Haq kapitanla bağlı qərarını açıqladı
- 2022-07-13
"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komandanın kapitanlıq sarğısını kimin daşıyacağı ilə bağlı qərarını açıqlayıb.
"goal.com" xəbər verir ki, 52 yaşlı mütəxəssis müdafiəçi Harri Maquayrın "qırmızı şeytanlar"a 2022/23 mövsümündə də kapitanlıq edəcəyini bildirib:
"Kapitan Harri Maquayr olacaq. Təbii ki, bütün futbolçuları tanımağım lazımdır və bu, zaman alacaq. Harri artıq bir neçə ildir ki, komandaya kapitanlıq edir. Bir çox uğura imza atıb. Ona görə də bu mövzuda şübhəm yoxdur".
Qeyd edək ki, Harri 2019-cu ildən "Mançester Yunayted"də oynayır. O, 2020-ci ilin yanvarından komandaya kapitanlıq edir.